“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının, musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Gagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Kulis.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, erməni qarmon ifaçısı Gagik Stepanyan Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və yutub səhifəsinə yerləşdirib.
Amma G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.
Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası yutubun qeyd edilən səhifəsindən silinib.