Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"

Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"
10 yanvar 2025
# 14:38

Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Aparıcı bildirib ki, artıq evə buraxılıb. O, özünü yaxşı hiss etmədiyini, müalicəsinin davam etdiyini bildirib:

"Bir həftə əvvəl xəstəxanadan evə buraxılmışam. Amma yaxşı deyiləm. Müalicəm davam edir. Həkimlər deyir ki, hələ uzun müddət müalicə almalıyam".

Teleaparıcı böyrəklərində problem olduğunu vurğulayıb:

"Böyrəklərim işləmir, qan təzyiqim yüksəkdir. Əməliyyat isə olmaz. çünki xroniki problemdir. əməliyyat olsam belə, problem aradan qalxmayacaq".

Qeyd edək ki, Ofeliya Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, açıqlamasında infarkt keçirtdiyini demişdi.

# 212 dəfə oxunub

Müəllifin son yazıları

# # #