"Oasis"in konsertində ölüm hadisəsi

"Oasis"in konsertində ölüm hadisəsi
4 avqust 2025
# 16:16

Londonda "Oasis" rok qrupunun konserti zamanı bir kişi stadiondan yıxılaraq həlak olub.

Kulis.az xəbər verir ki, təxminən 40 yaşlı kişi yıxılma nəticəsində aldığı xəsarətlərdən həyatını itirib.

Polis və təcili tibbi yardım hadisə yerinə gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

London polisi konsertdə iştirak edən şəxslərə müraciət edərək hadisənin şahidi olanların və ya telefonla hadisəni lentə alanların görüntüləri paylaşmasını xahiş edib.

"Oasis" qrupu baş vermiş faciə ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər