Nyu-Yorkda bıçaqlanan Salman Rüşdinin son vəziyyəti açıqlandı

Salman Rüşdi, yazıçı

Salman Rüşdi, yazıçı

13 avqust 2022
# 10:00

Nyu-Yorkda hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin son vəziyyəti açıqlanıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Nyu York şəhər qubernatoru Kathy Hokul bıçaqlanma zamanı çoxlu qan itirən Rüşdiyə lazım olan qayğının göstərildiyini bildirib.

Həkim Martin Haskell Rüşdinin yaralarının ciddi, lakin müalicəsinin mümkün olduğunu bildirib.

75 yaşlı yazıçı institutda mühazirə deyərkən qara geyimli və maskalı şəxsin hücumuna məruz qalıb. Boynundan yumruq və bıçaq zərbələri aldıqdan sonra o, yerə yıxılıb.

Hücum edən şəxsin yaxalandığı bildirilib.

# 1358 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #