Növbəti “Peşəkar teatr dərsləri” Qazaxda təşkil olunacaq

Növbəti “Peşəkar teatr dərsləri” Qazaxda təşkil olunacaq
3 fevral 2025
# 10:02

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsləri fevralın 3-10 tarixlərində Qazax Dövlət Dram Teatrında təşkil olunacaq.

Kulis.az xəbər verir ki, təlimlər rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusif tərəfindən keçiriləcək.

Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

# 525 dəfə oxunub

Müəllifin son yazıları

# # #