Nobel mükafatları təqdim olunacaq

Nobel mükafatları təqdim olunacaq
10 dekabr 2022
# 15:51

Bu gün Stokholm və Osloda Nobel mükafatlarının təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, Stokholm filarmoniyasında İsveç Kralı XVI Karl Qustav 2022-ci ilin on bir Nobel mükafatçısına fəxri diplomlar və qızıl medallar təqdim edəcək.

Sülh mükafatı isə Alfred Nobelin vəsiyyətinə ,əsasən, Norveç Nobel Komitəsinin sədri tərəfindən Osloda təqdim olunacaq. Mərasim Norveç hökumətinin üzvləri və kral ailəsinin iştirakı ilə bələdiyyə binasında keçiriləcək.

Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq, 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin xatirə günündə təşkil edilir.

# 1023 dəfə oxunub

Müəllifin son yazıları

# # #