Nizami Kino Mərkəzində “Şərqin əks sədaları” (“Echoes of the East”) adlı konsert proqramı təqdim olunub.
Kulis.az xəbər verir ki, konsertdə gənc musiqiçi, bəstəkar Nigar Əsgərova (“Kengerléa”) tərəfindən yazılmış və ifa olunmuş əsərlər səsləndirilib.
Elektron və akustik musiqi elementlərinin ənənəvi Azərbaycan musiqisinin motivləri ilə birləşdirildiyi konsert proqramında, həmçinin N.Əsgərovaya məxsus “Suvenirlər”, “Şərq məskəni” (“East dwell”), “Köhnə truba” (“Old trumpet”) və digər bəstələr ifa olunub.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının skripka ixtisası üzrə magistr məzunu olan “Kengerléa” hazırda təhsilini Almaniyada davam etdirir. O, həmçinin filmlər, oyunlar və media üçün musiqi yazmaq üzrə ixtisaslaşır. N.Əsgərova indiyədək “Second home” (İkinci ev), “Sınaq” kimi filmlərə musiqi bəstələyib.