Niyazinin mənzil-muzeyində növbəti tədbir

Niyazinin mənzil-muzeyində növbəti tədbir
18 iyun 2026
# 17:37

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Respublika müsabiqələri laureatı Nigar Əsədovanın sinif konserti keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov gənc ifaçılara uğurlar arzulayıb.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Röya Əliyeva, Tooba Soleimani, və Aybəniz Həsən, həmçinin akademiyanın nəzdində Orta İxtisas Musiqi Məktəbinin I sinif şagirdi Miraslan Tağızadə çıxış ediblər. İfaçıları konsertmeysterlər Nuranə Qurbanova və Nigar Hüseynli müşayiət ediblər.

Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilib.

# 54 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər