Nikol Kidman yeni seriala çəkilir

Nikol Kidman yeni seriala çəkilir
1 aprel 2023
# 13:55

Amerika kino ulduzu Nikol Kidman yazıçı Elin Hilderbrandın bestsellerə çevrilən "Mükəmməl Cütlük" kitabı əsasında çəkilən serialda rol alacaq.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, filmdə həmçinin aktyor Liev Şrayber, “The Garvey Sisters Conspiracy” və “The Knickerbocker Hospital” seriallarında rol alan Eve Hewson, həmçinin fransız kino ulduzu İzabelle Adjani də iştirak edəcək.

Aprelin birinci yarısında başlaması nəzərdə tutulan altı hissəli serial eksklüziv olaraq Netflixdə yayımlanacaq.

Serial zəngin ailənin oğluna ərə getməyə hazırlaşan qəhrəman Amelia Saksdan və onun gələcək qayınanası, tanınmış yazıçı Greer Garrison Winburydan bəhs edir.

# 1309 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #