Rusiyalı məşhur rejissor Nikita Mixalkovun səhhəti yenidən pisləşib
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rejissor yenidən Moskvadakı xəstəxanaların birinə yerləşdirilib. Ona ürəyin işində fasilələr və nəfəs darlığı diaqnozu qoyulub.
Hazırda Nikita mürəkkəb ürək aritmiyalarının cərrahi müalicəsi şöbəsindədir.
- Mazhar Alansonun qızı vəfat etdi
- Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6
- Bakıda qəribə toy - FOTOLENT
Qeyd edək ki, rejissorun ilin əvvəlində koronavirus testi müsbət çıxmışdı. Kompüter tomoqrafiyasından keçdikdən sonra ona ağciyərlərin zədələnmiş nahiyələrinin böyüməsi diaqnozu qoyulmuşdu.