Nəzakət Teymurova Türkiyədə konsert verdi

Nəzakət Teymurova. Xalq artisti

Nəzakət Teymurova. Xalq artisti

22 mart 2022
# 10:03

Martın 21-də İstanbulda təşkil olunan Novruz şənlikləri çərçivəsində tanınmış xanəndə, Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib.

Kulis.az xəbər verir ki, konsert proqramı “Beynəlxalq türk dünyası ortaq mirası” layihəsi çərçivəsində baş tutub.

Tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, qardaş ölkədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem dərnəyi), Çaydef-Çayeli Dərnəklər Federasiyası, ölkəmizin İstanbuldakı baş konsulluğu və İstanbulun Bəyoğlu bələdiyyəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.Tədbirdə çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən danışıb, bu Qələbənin bütün türk dünyası üçün tarixi hadisə olduğunu qeyd ediblər.

Mərasimdə çıxış edən Hazarfemin rəhbəri Nuran Acar yaxın zamanda Qarabağı, o cümlədən Şuşanı ziyarət etdiklərini, dərnək olaraq tarixi Şuşada konsert proqramı təşkil etməyi planlaşdırdıqlarını deyib.

Sonra Nəzakət Teymurovanın ifasında Azərbaycanın və Türkiyənin milli musiqiləri, eləcə də muğamlar dinlənilib.

# 2749 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #