Netflix "Ginny and Georgia"nı yeniləyir

Netflix "Ginny and Georgia"nı yeniləyir
19 may 2023
# 10:30

Axın xidməti Netflix üçüncü və dördüncü sezonlar üçün "Ginny and Georgia" komediya-dram serialını yeniləyib.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" yazır.

Layihə həm də baş rol ifaçısını dəyişib. Debra J.Fişer "Degrassi: The Next Generation" serialında işləyən Sara Qlinski ilə əvəz olunub.

Nəşrin yazdığına görə, yeniləmə barədə qərar Netflix tərəfindən çoxdan verilib, lakin xidmət nədənsə bunu ictimailəşdirməyib.

Şounun süjeti 30 yaşlı tək ana Corciya və onun uşaqlarından 15 yaşlı Cinni və 9 yaşlı Ostindən bəhs edir. Ailə yeni həyata başlamaq ümidi ilə Massaçusetsdəki kiçik bir şəhərə köçür, lakin Corciyanın keçmişi onu burada da tək buraxmır.

# 776 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #