Netflix DVD-lərin göndərilməsini dayandıracaq

Netflix DVD-lərin göndərilməsini dayandıracaq
19 aprel 2023
# 14:00

Netflix 25 il əvvəl işə başlayan DVD çatdırılma xidmətini bağlayacaq.

Kulis.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Disk daşınması 2023-cü ilin sentyabrında başa çatacaq. “Biz həmişə özümüzə öz üzvlərimiz üçün yaxşı xidmət etməyi qarşısına məqsəd qoymuşuq, lakin biznes daraldıqca buna nail olmaq getdikcə çətinləşir”, - deyə şirkət məlumatda qeyd edib.

Qeyd edək ki, ümumilikdə, 1998-ci ildən bəri Netflix 5,2 milyarddan çox disk təqdim edib. 40 milyon insan isə bu xidmətə qoşulub.

# 687 dəfə oxunub

Müəllifin son yazıları

# # #