Netflix-də bir həftə ərzində ən çox izlənilən serial

Netflix-də bir həftə ərzində ən çox izlənilən serial
30 noyabr 2022
# 14:00

Rejissor Tim Burtonun çəkdiyi “Wednesday” serialı cəmi bir həftə ərzində Netflix -də baxış sayına görə rekord qırıb.

Kulis.az xəbər verir ki, bu barədə striminq xidmətinin nümayəndələri Twitter-də məlumat veriblər.

“Tim Burton, Al Gough və Miles Millar tərəfindən istehsal olunan serial 81 ölkədə izlənərək “Stranger Things” serialının dördüncü mövsümünü geridə qoyub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, serial noyabrın 23-də yayımlanıb. Süjetin baş rolunda Martişa və Qomez Addamsın qızıdır. Seriada qızın məktəbə necə uyğunlaşmağa çalışdığını və psixoloji sarsıntılarının öhdəsindən necə gəldiyini göstərilir.

# 1131 dəfə oxunub

Müəllifin son yazıları

# # #