“Netflix” Bakıya gəlir

“Netflix” Bakıya gəlir
6 iyun 2022
# 13:20

Amerikanın məşhur “Netflix” onlayn platformasının nümayəndələri 2022 -ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində ölkəmizə səfər edəcək.

Kulis.az xəbər veri ki, Formula 1 yarışlarından bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış “Drive to survive” sənədli serialının 5-ci mövsümündə Bakı yarışı həyəcanlı anları ilə yer alacaq.

Həyəcanverici hadisələrlə yadda qalan öncəki Bakı yarışlarının anbaan görüntüləri məhz bu serialda yer alıb. 2018-ci ildə Red Bull komandasının pilotlarının məşhur toqquşması, 2021-ci ildə Maks Verstappenin yarış bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Luis Hemiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib.

“Bakı yuxularıma kabus kimi girir“ - buraxdığı səhvdən sonra Luis Hemiltonun Mersedesin komanda rəhbəri Toto Vulf ilə söhbət zamanı səsləndirdiyi fikir “Drive to survive” izləyicilərinin diqqətindən qaçmayıb.

Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə Formula 1 yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, F1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.

# 2037 dəfə oxunub

Müəllifin son yazıları

# # #