Yazıçı Nazlı Çələbinin yeni romanı işıq üzü görüb.
Müəllifin Kulis.az-a verdiyi açıqlamaya görə, “Oğurluq bədən” romanı “Müəllimlər” nəşriyyatında yayımlanıb.
Kitab psixoloji-mistik janrda yazılıb. Süjet xətti, insanların heç kimə söyləyə bilmədikləri və yaxud onları illərlə narahat edən suallara cavab, insanın özü-özü ilə bir daha tanışlığıdır. Bundan əlavə, ruhun, yuxu zamanı bədəni tərk edərək astral gəzintisi zamanı nələrin baş verdiyi haqda elmi məlumatlar, xiromantiya barədə bilgilər var. Ümumilikdə isə kitab, əsərin baş qəhrəmanı, sui-qəsd nəticəsində həlak olmuş qadının, onu öldürən qatildən aldığı qisas və onun acı nəticələrindən bəhs edir.
“Oğurluq bədən” romanı 20 fevral, saat 12:00-da təqdim olunacaq. Ünvan: General Akim Abbasov küç.78 ( Lider tv-nin yanı, Yasamal parkı ilə üzbəüz).