Mədəniyyət Nazirliyi tərəfindən Yazıçılar Birliyinə ayrılmış olan 203 min manat vəsaitin hesabatı AYB tərəfindən bu ilin dekabrında rüblük hesabatda təqdim olunacaq.
Kulis.az xəbər verir ki, bu barədə Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, hesabatda xərclərin istiqaməti əks olunacaq:"Dekabrın sonunda veriləcək olan hesabatda məbləğin xərcləndiyi yerlər, istiqamətlər barədə məlumat öz əksini tapacaq".