Nazir: "Uşaqların arasında oxuduğu mətnin mənasını başa düşən azdır"

Nazir:  "Uşaqların arasında oxuduğu mətnin mənasını başa düşən azdır"
1 sentyabr 2023
# 11:08

"Azərbaycanda 15 yaşına çatmış uşaqların arasında oxuduğu mətnin mənasını başa düşən azdır".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Əksəriyyət oxuduğu mətni anlamırsa, bu ciddi çətinlik yaradır. Digər tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır. Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir", - nazir qeyd edib.

# 801 dəfə oxunub

Müəllifin son yazıları

# # #