Nazir: Hazırda Şuşada üç məscid və iki kilsə bərpa olunur

Anar Kərimov

Anar Kərimov

6 oktyabr 2022
# 16:20

Hazırda Şuşada üç məscid və iki kilsə bərpa olunur.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda "Mədəni və tarixi irsin postkonflikt dövründə bərpası" sessiyasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, bununla da Azərbaycan mədəni irsə qarşı ayrı-seçkilik etmədiyini bir daha bəyan edir. Hər bir mədəni irs Azərbaycan üçün əhəmiyyətlidir, əzizdir. Çünki bu irs yalnız Azərbaycana deyil, bəşəriyyətə məxsusdur.

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

# # #