“Naxışların rəqsi” - Azərbaycan rəqəmsal incəsənət sərgisi Brüsseldə

“Naxışların rəqsi” - Azərbaycan rəqəmsal incəsənət sərgisi Brüsseldə
14 fevral 2024
# 09:05

Azərbaycan mədəniyyətinin Avropada tanıdılması istiqamətində görülən işlərin davamı olaraq Belçikadakı səfirliyimizin dəstəyi ilə bu dəfə Brüsselin Kral Parkında yerləşən “Cercle Royal Gaulois” Mədəniyyət Sarayında 12-13 fevral tarixlərində “Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilir.

Kulis.az Azərtac-a istinadən xəbər verir ki, sərgidə cari ildə Şuşa şəhərinin İslam dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsinin əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş etdirilir.

Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal incəsənət qrupunun azərbaycanlı və türkiyəli sənətkarları və mühəndisləri tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərinin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradılıb.

# 663 dəfə oxunub

Müəllifin son yazıları

# # #