Naxçıvan Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olundu

Naxçıvan Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olundu
23 fevral 2024
# 18:00

Vəli Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.

# 338 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #