“Nargin. Sona qədər sirli” filminin treyleri yayımlanıb

“Nargin. Sona qədər sirli” filminin treyleri yayımlanıb
18 aprel 2025
# 16:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi “Film istehsalına dəstək” müsabiqəsinin qaliblərindən olan “Nargin. Sona qədər sirli” sənədli-bədii filminin treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, yaxın vaxtlarda “Karvan production” tərəfindən istehsal olunan filmin təqdimatı keçiriləcək.

Film 1915-1917-ci illərdə Bakının Nargin adasında Çar Rusiyası tərəfindən saxlanılan Türk əsirlərin həyatından və onların azərbaycanlı Sona Hacıyeva tərəfindən xilas edilməsindən bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Xəyyam Abdullazadə, prodüseri Elməddin Alıyev, koprodüser Mətin Gündoğdu, quruluşçu operatoru Aleksey Malinkoviçdir.

Qeyd edək ki, “Nargin. Sona qədər sirli” Türkiyə-Azərbaycan ortaq tarixindən bəhs edən ilk bədii-sənədli müştərək filmdir.

# 147 dəfə oxunub

Müəllifin son yazıları

# # #