“Nağılların audiovizual təqdimatı” - Yeni layihə

“Nağılların audiovizual təqdimatı” - Yeni layihə
26 avqust 2024
# 14:30

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə "Nağılların audiovizual təqdimatı" layihəsinə başlanılır.

Kulis.az xəbər verir ki, layihənin məqsədi uşaqların dünyagörüşünü, düşüncə tərzini zənginləşdirmək, onlarda ədəbiyyata və teatra sevgi aşılamaqdır.

Kukla Teatrının səhnələşdirdiyi tamaşalardan kadrların yer aldığı, obrazlı səsləndirmə və gözoxşayan tərtibatda hazırlanan layihənin ilk buraxılışı Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması olub. Sadə məzmundan, maraqlı süjet xəttindən ibarət əsərdə hadisələr axıcı dillə təsvir edilir.

Maarifləndiricilik baxımından da xüsusi əhəmiyyətə malik layihə çərçivəsində bir sıra qədim və müasir nağılların videotəqdimatlarının hazırlanması nəzərdə tutulur.

# 293 dəfə oxunub

Müəllifin son yazıları

# # #