“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir
27 aprel 2024
# 11:30

Muzey Mərkəzinin akt zalında Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin “Muzeydə musiqili axşamlar” birgə layihəsi çərçivəsində növbəti konsert olacaq.

Kulis.az xəbər verir ki, Humay Qasımzadə (fortepiano) və Qleb Xoxlov (violonçel) görkəmli müasir musiqi bəstəkarlarının – Morton Feldmanın “Spring of Chosroes”, Pyer Bulezin “Anthemes” əsərlərini, Qalina Ustvolskayanın sonatasını və Reyko Fyutinqin “Luici Rossinin kolleksiyasından musiqiyə beş meditasiya”nı ifa edəcəklər.

Humay Qasımzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (professor Adilə Vəkilovanın fortepiano sinfini) bitirib, Norveçin Berqen şəhərində və Nyu-Yorkda Manhetten musiqi məktəbində magistr dərəcələrini, Ohayoda Boulinq Qrin Dövlət Universitetində doktorluq dərəcəsini alıb. O, bir çox festivalların iştirakçısı və beynəlxalq müsabiqələrin qalibidir.

Qleb Xoxlov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının qədim və müasir ifaçılıq sənəti fakültəsini fərqlənmə ilə bitirib, sonra isə müasir musiqi üzrə assistenturaya daxil olub. Onun təşəbbüsü ilə 2017-ci ildə “Vacuum Quartet” müasir musiqi ansamblı yaradılıb.

Qeyd edək ki, konsert Muzey Mərkəzində aprelin 27-də, saat 19:00-da keçiriləcək.

# 272 dəfə oxunub

Müəllifin son yazıları

# # #