Müslüm Maqomayevin 80 illiyi münasibətilə konsert proqramı təşkil ediləcək

Müslüm Maqomayevin 80 illiyi münasibətilə konsert proqramı təşkil ediləcək
13 oktyabr 2022
# 16:03

Oktyabrın 25-də Heydər Əliyev Sarayında görkəmli müğənni və bəstəkar, Xalq artisti Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək.

Kulis.az xəbər verir ki, “Əbədiyaşarlar” layihəsi çərçivəsində reallaşacaq konsert zamanı görkəmli müğənninin repertuarından olan mahnılar tanınmış incəsənət nümayəndələri tərəfindən səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

# 1104 dəfə oxunub

Müəllifin son yazıları

# # #