Musiqili Teatrda “İki küpəgirən qarı” tamaşasının premyerası oldu

Musiqili Teatrda “İki küpəgirən qarı”  tamaşasının premyerası oldu
11 mart 2024
# 10:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “İki küpəgirən qarı” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, 10 Mart - Milli Teatr Gününə həsr olunan tamaşada nağıl qəhrəmanları rəngarəng işıq effektləri və şən musiqi sədaları altında teatrsevərlərə unudulmaz anlar yaşadıb.

Musiqili nağıl-tamaşasının quruluşçu rejissoru Əhəd Hacıyevdir. Səhnə əsərində rolları Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar Rauf Babayev, Nicat Əli, Yuliya Heydərova, Valeriya İskəndərova, Olqa Georgiyeva, Adelin Öztürk, Leonid Klets, Ayan Qurbanova, Murad Əliyev və balet artistləri ifa ediblər.

Dostluq, sevgi, cəsarət kimi mənəvi keyfiyyətlərin vacibliyinin ön plana çəkildiyi, gözlənilməz hadisələrin cərəyan etdiyi tamaşada mənfi xarakterli nağıl personajları tamamilə fərqli təqdimatda nümayiş olunub. Azərbaycan və rus dillərində hazırlanan səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

# 644 dəfə oxunub

Müəllifin son yazıları

# # #