Murad Muradov vəfat edib

Murad Muradov vəfat edib
13 may 2024
# 09:33

Gənc yazıçı Murad Muradov bu gecə müalicə aldığı Quba Müalicə Diaqnostika Mərkəzində vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, mərhum bu gün saat 2-də Quba rayonunun Zərdabi qəsəbəsinin qəbristanlığında dəfn olunacaq.

Murad Muradov "Atamın pencəyi", "Merlin", "Güzgüdə Yaşar" hekayələrinin müəllifidir.

1986-cı ildə Qubada doğulan yazıçı, həmçinin, aparıcı və jurnalist kimi də fəaliyyət göstərirdi.

# 3578 dəfə oxunub

Müəllifin son yazıları

# # #