Müğənni xarici agent statusunun götürülməsini tələb etdi

Zemfira

Zemfira

13 may 2023
# 12:30

Məşhur rusiyalı müğənni Zemfira Rusiya Ədliyyə Nazirliyinə qarşı iddia qaldıraraq ondan xarici agent statusunun çıxarılmasını tələb edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, müğənni fevral ayında xarici agentlərin reyestrinə daxil edilib .

"Məhkəməyə Ramazanova Z.T.-nin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə qarşı sənətçinin xarici agentlər siyahısına daxil edilməsi qərarının qanunsuz olması tələbi ilə iddiası daxil olub", - Moskva Zamoskvoretski Məhkəməsinin mətbuat xidməti bildirib.

Xatırladaq ki, bundan əvvəl Rosfinmonitorinq aktyor Artur Smolyaninovu terrorçu və ekstremistlər siyahısına daxil edib .

# 885 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #