Müğənni Vüqar Yusubov vəfat etdi

Müğənni Vüqar Yusubov vəfat etdi
6 yanvar 2024
# 14:43

90- illərin məşhur "Təbriz" estrada qrupunun rəhbəri, müğənni Vüqar Yusubov vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə yazıçı Şəhriyar Del Gerani məlumat verib:

"Ruhun şad olsun, əzizim dost, böyük sənətkar. Səni hər zaman “Təbriz” nəğmən ilə xatırlayacaq biz dostlar və başqa bütün hamı. Bəli, hər sənətkarın bir tale himni yaradıcılıq nümunəsi olur; Vüqar Yusubov imzasının da taleyinə Təbriz düşdü. Bu, belə oldu. Bu, belədir. Başımız sağ olsun…"

Vüqar Yusubov 80-ci illərin sonunda azərbaycanlı milyoner Cənnət Əliyevin Rusiyada yaratdığı "Təbriz" qrupunun başçısı olub. Qrupun ifa etdiyi "Təbriz" mahnısı dövrünün ən məşhur mahnılarından idi.

Vüqar Yusubov daha sonra fəaliyyətini Azərbaycanda davam etdirib.

# 3533 dəfə oxunub

Müəllifin son yazıları

# # #