Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - Üzr istəyəcək

Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - Üzr istəyəcək
11 mart 2026
# 17:26

Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə Manşet.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə uduzub.

Kulis.az xəbər verir ki, bu barədə Lent.az-a Ə.Vəliyev özü məlumat verib:

\"\"Evli bir insan sevirəm\" ifası bütün plarformalarda qadağan olunmalıdır\" - Əli Vəliyev

“Səbail rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olundu ki, Almaxanım Əhmədli təkzib verməli, üzr istəməli, haqqımda bütün yazdıqlarını silməli və mənə 100 manat məbləğində kompensasiya ödəməlidir”.

Baş redaktor qeyd edib ki, o, Almaxanım və Vüqar Əhmədi ona böhtan atdığı üçün məhkəməyə verib:

“Bir ara Mədəniyyət Nazirliyinə qarşı müğənnilər tərəfindən hücumlar başlamışdı. Mən də video çəkərək nazirliyə qarşı bu hücumların əsassız olduğunu söylədim. Bu videodan sonra Almaxanım məni nazirlikdən rüşvət almağımla bağlı ittiham etdi. Həmin ittihamlar əsasında Almaxanımı və Vüqar Əhmədi məhkəməyə verdim. Onların mənə qarşı olan iddiaları isə təmin edilmədi".

# 103 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər