Mübariz Tağıyev Hadisəni tənqid etdi: "Bakıda milyonlar qazanır, biz isə..."

Mübariz Tağıyev Hadisəni tənqid etdi: "Bakıda milyonlar qazanır, biz isə..."
28 avqust 2023
# 13:38

"Problem müğənnilərdə deyil. Hər adamdan prodüser olmaz."


Kulis.az xəbər verir ki, Xalq artisti Mübariz Tağıyev bu sözləri Hadisənin Bakı konserti haqqında danışarkən deyib.

Qaynarinfo-ya açıqlama verən müğənninin sözlərinə görə, sənətin əsas problemi peşəkar prodüserlərin yoxluğudur:

"Problem müğənnilərdə deyil, kino sahəsində də vəziyyət eynidir. Azərbaycanda hələ prodüser məktəbi formalaşmayıb. Hər adamdan prodüser olmaz. SSRİ vaxtı bu sahədə təcrübəli insanlar var idi, onlar beynəlxalq müqavilələr bağlayırdılar. Bu işi dövlət görməməlidir. Müğənnilərimiz beynəlxalq müstəvidə təqdim edilməyib, sərhəddən kənarda tanınmırlar. Vokalçılarımız, akademik müğənnilərimiz var. Onların da heç Azərbaycanda işləmək imkanları yoxdur. Reklamları yoxdur. Azərbaycanlı müğənnilər bir neçə gün konsert verir, onların biletlərini satan yoxdur. Sənət adamları konsertdən necə pul qazana bilərlər ki?".

Qeyd edək ki, Hadisə Bakıdakı konsertindən 5 milyon lirə (328 000 manat) qazanıb.

# 1603 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #