Məşhur türk müğənni Muazzez Ersoyun adından istifadə edilərək saxta dərman və krem reklamları hazırlanıb.
Kulis.az xəbər verir ki, sosial şəbəkədə xəbəri görən ifaçı izləyicilərini fırıldaqçılara qarşı xəbərdar edib.
O, sosial media hesabından açıqlama verib:
“Mən sosial şəbəkələrdə və rəqəmsal mediada bədxassəli şəxs və ya şəxslər tərəfindən hazırlanan dərman və krem adlanan reklamlardan xəbərdaram. Vəkilim lazımi addımları atıb. Amma eşidirəm ki, bu saxta reklamlara inananlar var. Mən heç vaxt heç bir dərman və ya məlhəm reklamında rol almamışam və çəkilməmişəm".
“Sosial media hesablarımda paylaşmadığım heç bir reklama inanmayın, linkə basmayın, pulunuzu və sağlamlığınızı itirməyin”. Lent.az