Mövlanə haqqında serial təqdim olunacaq

Mövlanə haqqında serial təqdim olunacaq
12 oktyabr 2022
# 17:40

Mövlanə Cəlaləddin Ruminin həyatından bəhs edən “Həzrəti Mövlanə” serialı yayımlanacaq.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki illik hazırlıq prosesindən sonra serial TRT1 kanalında tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, serialda Mövlanə obrazını məşhur aktyor Bülənt İnal canlandırır.

Aktyor heyətində Kaan Yıldırım , Ahu Türkpençe, İlker Aksum, Devrim Özkan kimi məşhur simaların yer aldığı serialda səhnələrin çoxu tarixi yerlərdə çəkilib.

# 1435 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #