Moskvada Tahir Salahovun sərgisi açılıb

Moskvada Tahir Salahovun sərgisi açılıb
24 fevral 2022
# 15:45

Fevralın 22-də Moskvadakı Yeni Tretyakov Qalereyasında Xalq rəssamı Tahir Salahovun "Tretyakov qalereyasının kolleksiyasından olan əsərlər" adlı sərgisi açılıb.

Kulis.az xəbər verir ki, Xalq rəssamı Tahir Salahovun məşhur əsərlərinin sərgiləndiyi ekspozisiyada rəssamın "Qladioluslar", "Qara Qarayevin portreti" və "Aydan" adlı əsərləri də təqdim olunur.

Ekspozisiyada Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında müxtəlif dövrləri əhatə edən əsərləri də yer alıb.

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #