Moskvada Qalina Vişnevskayanın abidəsi ucaldıldı

Moskvada Qalina Vişnevskayanın abidəsi ucaldıldı
25 oktyabr 2022
# 17:40

Moskvada opera müğənnisi, SSRİ Xalq artisti, Böyük Teatrın aparıcı solisti Qalina Vişnevskayanın abidəsinin təntənəli açılışı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, abidə paytaxtın mərkəzi küçələrindən biri olan Ostojenkada, Opera İfası Mərkəzinin yanında ucaldılıb.

Abidənin müəllifi Rusiyanın Xalq rəssamı Aleksandr Rukavişnikovdur.

Açılış mərasimində Vişenskayanın qızı Yelena və Olqa Rostropoviçlər, Rusiya Milli Musiqi Muzeyinin baş direktoru, Rusiya Federasiyasının əməkdar artisti Mixail Brızqalov, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Moskva Konservatoriyasının rektoru Aleksandr Sokolov, Böyük Teatrın baş direktoru Vladimir Urin və başqaları iştirak ediblər.

Qeyd edək ki, Qalina Vişnevskaya 2012-ci il dekabrın 11-də vəfat edib. O, Novodeviçe qəbiristanlığında həyat yoldaşı, bakılı məşhur violençel ustası Mstislav Rostropoviçin yanında dəfn olunub.

# 1162 dəfə oxunub

Müəllifin son yazıları

# # #