“Mosfilm” 100 illik yubileyini qeyd etdi

“Mosfilm” 100 illik yubileyini qeyd etdi
30 yanvar 2024
# 11:25

“Mosfilm” 100 illik yubileyini qeyd edib.

Kulis.az xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin kinostudiyanı yubiley münasibətilə təbrik edib.

Qeyd edək ki, kinostudiyada çəkilmiş ilk film rejissor Boris Mixinin 30 yanvar 1924-cü ildə nümayiş olunan "Qanadların üzərində yüksəkliyə doğru" filmidir.

Studiyada Sergey Eyzenşteyn, Qriqori Aleksandrov, Vsevolod Pudovkin, Sergey Yutkeviç, Abram Room, Marlen Xutsiyev, Leonid Qayday, Sergey Bondarçuk, Georgi Daneliya, Karen Şahnazarov və başqaları işləyib.

# 679 dəfə oxunub

Müəllifin son yazıları

# # #