Geoloq və sənət tarixçisi Ann Pizzorusso dünyanın ən məşhur rəsmlərindən birinin sirrini açdığına inanır.
Kulis.az xəbər verir ki, Leonardo da Vinçinin "Mona Liza"sının arxasındakı mənzərə sonsuz müzakirələrə səbəb olub.
Bəzi sənət tarixçiləri mənzərənin xəyali, digərləri isə İtalya ilə əlaqəli olduğunu deyiblər.
"The Guardian" qəzetindəki xəbərə görə, Ann Pizzorusso Leonardonun İtaliyanın Lombardiya bölgəsindəki Komo gölünün sahilində yerləşən Leçço şəhərinin bəzi yerlərini çəkdiyini iddia edib.
Pizzorussoya görə, əsərdəki körpü XIV əsrdə inşa edilmiş Azzone Viskonti körpüsü, dağ silsiləsi əraziyə baxan cənub-qərb Alp dağları, göl isə Leonardonun 500 il əvvəl ziyarət etdiyi Qarlat gölüdür.
Oxşarlıqların danılmaz olduğunu ifadə edən Pizzorusso, “Bunun üçün çox həyəcanlıyam. Bu, həqiqətən, böyük uğurdur", - deyib.