Əməkdar artistin oğlu ABŞ-da yaşamaqdan imtina edib cəbhəyə yollandı

Əməkdar artistin oğlu ABŞ-da yaşamaqdan imtina edib  cəbhəyə yollandı
5 noyabr 2020
# 12:05

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu cəbhəyə yola düşüb.

Bu barədə Əməkdar artistin özü Kulis.az-a məlumat verib:

“Bu gün ortancıl oğlum Üzeyiri cəbhəyə yola salıram. Üzeyir ali təhsilli həkimdir. Cəbhəyə hərbi həkim kimi gedir. Çox qürur hissi keçirirəm. Üç oğlum var hər üçü də vətənpərvərdir. Üzeyirin Amerikada yaşamaq icazəsi var. “Qrin kart” udmuşdu. Amma buna baxmayaraq o könüllü olaraq orduya yazıldı. 32 yaşı var oğlumun. Mən də o yaşda olanda birinci Qarabağ müharibəsində iştirak etmişəm”.

# 3176 dəfə oxunub

Müəllifin son yazıları

# # #