Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
21 may 2021
# 17:46

Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov vəfat edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumatda Qorxmaz Qurbanovun mayın 20-də vəfat etdiyi bildirilib.

Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub.
Q.Qurbanov Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb. O,Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət "Ləzginka" rəqs ansamblında da uğurla çalışıb.
Qorxmaz Qurbanov Ə.Abdullayevin quruluşlarında "Yallı-Zorxana", "Bulaq başında", "Şəki", "Çobanlar", "Bənövşə", "Ceyran", "Qarabağ maralı", "Nazeləmə", "Lənkəran" rəqslərində, "Azərbaycan" "Qələbə", "Xalqlar dostluğu", "Bayram", "Neftçilər" suitalarında solist kimi cıxış edib.
O, Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1967-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

# 3128 dəfə oxunub

Müəllifin son yazıları

# # #