Əməkdar artist İbrahim Əliyev dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə aktyorun oğlu məlumat verib. O, aktyorun ürək tutmasından vəfat etdiyini bildirib.
Qeyd edək ki, İbrahim Əliyev 1949-cu ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Yaradıcılığın ilkin dövrlərində Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Rejissor Hüseynağa Atakişiyevin quruluş verdiyi “Arturo Uinin kariyerası” tamaşalarında və bir çox səhnə əsərlərində iştirak edib.
Əməkdar artist uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Estrada və musiqili teatr rejissoru” kafedrasında çalışıb. “Pul dəlisi”, “Müşviq” tamaşalarında, “Əmək və qızılgül”, “Güllələnmə təxirə salınır”, “Qətl günü” filmlərində rol alıb.