Əməkdar artist şəhid anasının qeyri-adi arzusunu yerinə yetirdi

Əməkdar artist şəhid anasının qeyri-adi arzusunu yerinə yetirdi
13 oktyabr 2021
# 10:41

Əməkdar artist Cabir Abdullayev şəhid anasının istəyini həyata keçirib.

Kulis.az xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişində danışılıb. Şəhid Səxavət Məmmədovun anası Mətanət Məmmədova deyib ki, oğlunun toyunda Cabir Abdullayevin oxumasını arzulayıb, lakin bu arzusu ürəyində qalıb:

“Anım Günü Şəhidlər xiyabanında təsadüfən Cabir Abdullayevi gördüm. Dedim ki, bir arzum var idi. İstərdim ki, balamın toyunda gəlib oxuyasız, amma o arzu ürəyimdə qaldı. Dedim ki, Cabir müəllim, oğlum şəhid olub. Bəlkə, balamın məzarı üstündə “Qarabağ şikəstəsi” oxuyasan. Balamın da ruhu şad olar, mən də şad olaram”.

Əməkdar artist şəhid anasının bu istəyini geri çevirməyib və şəhid S. Məmmədovun məzarı üstündə “Qarabağ şikəstəsi”ni oxuyub./qafqazinfo/.az

# 5511 dəfə oxunub

Müəllifin son yazıları

# # #