Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov cəbhə bölgəsinə yollanıb.
Kulis.az xəbər verir ki, xanəndə hazırda Ağdam istiqamətindədir. Əməkdar artist ruh yüksəkliyi ilə yola düşdüyünü qeyd edib: “Bu torpaqlar bizimdir. Bizim savaşımız haqlı savaşdır. Torpaqlarımızın bütövlüyü uğrunda hər şeyə hazırıq”
Qeyd edək ki, əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.