Əməkdar artist Nyu-Yorkda konsert verdi

Əməkdar artist Nyu-Yorkda konsert verdi
25 avqust 2020
# 12:22

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Nyu-Yorkda keçirilən “Totem Heart and Mind” Festivalında çıxış edib.

Bu barədə Kulis.az-a Əməkdar artistin özü məlumat verib. Qoçaq Əsgərov çıxış etdiyi konserti 10 mindən çox insanın izlədiyini bildirib. O, qeyd edib ki, festivalın aparıcısı onu və ansamblı xüsusi təqdim edib. Aparıcı xanənəndənin 1993-cü ildə Ermənistanın Qarabağı işğalı nəticəsində onun ailəsinin yüzlərlə digər Azərbaycan ailələri kimi ölüm təhlükəsi altında doğma yurdu tərk etməyə məcbur olduqlarını vurğulayıb.

Qoçaq Əsgərov 1 saatlıq onlayın konsertdə "Şüştər", "Şur" muğam kompozisiyaları, "Sarı gəlin", "Küçələrə su səpmişəm" xalq mahnıları səsləndirib. Xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov, bəm nağarada Yusif Əzizov, pianoda Vasif Hüseynzadə, balabanda Rəfael Əsgərov müşayiət ediblər.

# 1815 dəfə oxunub

Müəllifin son yazıları

# # #