Əməkdar artist Nyu-Yorkda keçirilən festivalda iştirak edəcək

Əməkdar artist Nyu-Yorkda keçirilən festivalda iştirak edəcək
18 avqust 2020
# 18:21

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov avqustun 22-23-də Nyu-Yorkda keçiriləcək “Totem Heart and Mind” Festivalından təklif alıb.

Kulis.az xəbər verir ki, nəzərdə tutulan tarixdə xanəndə 1 saatlıq online konsert proqramı ilə çıxış edəcək. O, "Şüştər", "Şur" muğam kompozisiyaları, "Sarı gəlin", "Küçələrə su səpmişəm" xalq mahnıları səsləndirəcək. Xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov, bəm nağarada Yusif Əzizov, pianoda Vasif Hüseynzadə, balabanda Rəfael Əsgərov müşayiət edəcəklər.

Qeyd edək ki, online konsertin biletləri artıq satılıb və azərbaycanlı xanəndəyə yüksək qonorar təqdim edilib. Konserti 10 mindən çox insan izləyəcək və onlara canlı konsert haqqında şərh yaza bilmək imkanı veriləcək.

Gallery

# 1472 dəfə oxunub

Müəllifin son yazıları

# # #