Misir piramidalarının altında nəhəng kəşf

Misir piramidalarının altında nəhəng kəşf
27 mart 2025
# 16:00

İtalyan tədqiqatçılar Giza piramidalarının altında nəhəng yeraltı tikili aşkar etdiklərini açıqlayıblar.

Kulis.az xəbər verir ki, tədqiqatçılar Misirin paytaxtı Qahirədə, Giza Piramidalarının altından təxminən 1220 metr dərinliyə qədər uzanan və piramidalardan 10 dəfə böyük olduğu iddia edilən böyük yeraltı tikili aşkar ediblər.

Denver Universitetinin mütəxəssisi, professor Lavrens Konyers mövcud texnologiyanın yerin bu qədər dərinliyinə nüfuz etməsinin mümkün olmadığını və yeraltı şəhər ideyasının çox iddialı olduğunu söyləyib.

Konyers həmçinin kəşfi təsdiqləmək üçün məqsədyönlü qazıntılara ehtiyac olacağını qeyd edib.

Qeyd edək ki, tədqiqatçılar bu tarixi kəşfin qədim Misirin naməlum sirlərini aça biləcəyini bildiriblər.

# 425 dəfə oxunub

Müəllifin son yazıları

# # #