Mirmehdi Ağaoğlunun hekayəsi ərəb portallarında yayımlandı

Mirmehdi Ağaoğlunun hekayəsi ərəb portallarında yayımlandı
18 avqust 2023
# 16:20

Mirmehdi Ağaoğlunun hekayəsi ərəb portallarında yayımlanıb.

Kulis.az xəbər verir ki, Küveytin “Fikr-hur”, Əlcəzairin “alharir.info”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı gənc yazıçı Mirmehdi Ağaoğlunun ərəb dilinə tərcümə olunmuş “Fasilə” hekayəsinin yayınına başlayıb.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portallar Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, David Cozef Şvarts, Stiven Kovi, Robert Toru Kiyosaki kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

# 601 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #