Mir Cəlal adına 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırıldı

Mir Cəlal adına 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırıldı
18 aprel 2023
# 17:00

Mir Cəlal adına 3-cü Hekayə Müsabiqəsi yekunlaşıb.

Kulis.az xəbər verir ki, aprelin 17-də “Ədibin Evi”ndə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Xalq yazıçısı Elçinin sədrliyi ilə on nəfər ədəbiyyatşünas, ədəbi tənqidçi və yazıçılardan ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilən 191 müəllifin 197 hekayəsini fevral ayından başlayaraq mərhələ-mərhələ qiymətləndirdikdən sonra aşağıdakı qalibləri açıqlayıb:

III yer

Mahir Rəsuloğlu, “Bağışla, səni öldürməliyəm!” hekayəsi

Murad Köhnəqala, “Buğdanın göyə çəkilməsi” hekayəsi

Zahid Xəlil, “Zirinc kolunun laylası” hekayəsi

II yer

Daşqın Məmmədov, “Bənövşə xala” hekayəsi

Cavidan Xəlilova, “Su” hekayəsi

I yer

Seymur Həmzəyev, “Yağışlı bir gün idi” hekayəsinə görə təltif olunublar.

# 1210 dəfə oxunub

Müəllifin son yazıları

# # #