Milyonluq rəsm əsərləri oğurlandı

Milyonluq rəsm əsərləri oğurlandı
3 aprel 2026
# 11:00

Rusiyanın paytaxtı Moskvada qalereyaların birindən bahalı rəsm əsərlərinin oğurlanması ilə bağlı araşdırma başlanıb.

Kulis.az xəbər verir ki, hadisə barədə TASS məlumat yayıb..

Bildirilir ki, Xoxlovski döngəsində yerləşən qalereyanın əməkdaşı polisə müraciət edib. İlkin hesablamalara görə, zərər 9 milyon rubldan çoxdur.

Əsərlərin yoxa çıxması inventarlaşdırma zamanı üzə çıxıb. Oğurlanan rəsmlər arasında Aleksandr Benoisin 1905-ci ildə çəkdiyi “Primelada ferma” və Andrey Ryabuşkinə məxsus “İvan Qroznının ingilis səfiri Cerom Bouzu qəbul etməsi” əsərləri də var.

Bundan əlavə, rəsmlərə aid sənədlərin də yoxa çıxdığı bildirilir.

Sənət əsərlərinin sahibləri onların qaytarılmasını tələb ediblər. Hazırda hadisənin bütün detalları araşdırılır.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər