Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar
13 avqust 2026
# 15:20

Avropa qitəsinin müxtəlif bölgələrində milyonlarla insan Ayın Günəşin qarşısını kəsdiyi nadir Günəş tutulmasını izləyib.

Kulis.az xarici mediaya istinadən son onillərin ən böyük astronomik hadisəsinin fotolarını təqdim edir.







İspaniya kimi ölkələrdə tam Günəş tutulması müşahidə olunduğu halda, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Danimarka və Rusiyada sakinlərin böyük hissəsi hissəvi tutulmanın şahidi olub.



Fransada növbəti tam Günəş tutulması 2081-ci ildə, Böyük Britaniyada 2090-cı ildə, Almaniyada isə növbəti əsrdə gözlənilir.



İspaniyada isə analoji təbiət hadisəsi gələn il də müşahidə ediləcək.



Qeyd edək ki, bu tarixi an Avropanın müxtəlif şəhərlərində — Londondakı Primrouz Hill və Parlament binası üzərində, Berlindəki "Molecule Man" heykəli yaxınlığında, Sankt-Peterburqdakı Fin körfəzi sahilində və İspaniyanın Valensiya, Palensiya bölgələrində böyük maraqla qarşılanıb.


















# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər