BŞİH heykəlin sökülməsi xəbərinə münasibət bildirdi

"Azad qadın" heykəli

"Azad qadın" heykəli

14 iyun 2022
# 11:00

“Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-də yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.

“Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcəkdir”, - məlumatda deyilir.

# 1642 dəfə oxunub

Müəllifin son yazıları

# # #